Q Menü · QR menyu və masadan sifariş
Masadakı QR'dan menyu, sifariş və hesab.
Qonaq masadakı QR kodu telefonunun kamerası ilə oxudur, menyu açılır. İstəsə sifariş verir, ofisiant çağırır və ya hesabı istəyir. Tətbiq yükləmək lazım deyil.

Menyu gözləmək, ofisiantı axtarmaq, hesabı istəmək.
Sıx saatda qonaq əvvəl menyunu, sonra ofisiantı, ən sonda hesabı gözləyir. Q Menü bu üç gözləməni masadan, qonağın öz telefonundan həll edir; çap menyudakı köhnə qiymət problemi də qalmır.
- 01QR oxudulur
Hər masada öz QR kodu; qonaq telefonun kamerası ilə oxudur.
- 02Menyu açılır
Kateqoriyalar, məhsullar və cari qiymətlər brauzerdə; tətbiq yoxdur.
- 03İstək gəlir
Sifariş, ofisiant çağırışı və hesab istəyi masa nömrəsi ilə işçiyə düşür.
Nə edir?
- QR menyuMasaya xüsusi QR kod; menyu qonağın telefonunda brauzerdə açılır.
- Masadan sifarişQonaq məhsulu seçib sifarişini masa nömrəsi ilə göndərir.
- Ofisiant çağırBir toxunuşla çağırış; hansı masadan gəldiyi görünür.
- Hesab istəQonaq hesabı telefonundan istəyir, ofisiant hazır gəlir.
- Aç / bağlaHər funksiya ayrıca açılıb-bağlanır; istəsəniz yalnız menyu göstərilir.
- Excel ilə menyuMenyunuzu Excel faylından bir dəfəyə köçürün.
- Ana ekrana qurulurİşçi ekranları Android və iPhone'da tətbiq kimi ana ekrana əlavə olunur.
- Cari qiymətQiymət paneldən dəyişir; çap menyunu yenidən bastırmaq lazım deyil.
Digər məhsullarla birlikdə
Q Menü təkbaşına tam işləyir. Digər ARTİEKRAN məhsulları da varsa, aralarındakı əlaqə özü qurulur.
- AdisyonQ Menü Adisyon'a bağlana bilər; əlaqənin hissələri ayrı-ayrı açılıb-bağlanır.
- Dijital EkranQapıdakı və ya kassa üstündəki ekranda menyunun QR kodunu göstərirsiniz.
Nə lazımdır?
Quraşdırmadan əvvəl müəssisənizə baxırıq; nəsə çatışmırsa, əvvəlcədən deyirik.
- QR kartlarıHər masa üçün bir QR kartı; quraşdırmada birlikdə hazırlayırıq.
- MenyuMəhsul və qiymət siyahınız; Excel faylı varsa bir dəfəyə köçürülür.
- İşçi telefonu və ya planşetiSifarişləri və çağırışları görmək üçün.
Filial sayına görə aylıq ödəniş. Müəssisənizə uyğun təklifi elə həmin gün göndəririk.
Tez-tez verilən suallar
QR menyu nədir?
Masadakı QR kod oxudulanda menyunun qonağın telefonunda açılmasıdır. Çap menyunun yerinə keçir, qiymət dəyişəndə yenidən çap etmək lazım olmur.
Qonağın tətbiq yükləməsi lazımdır?
Xeyr. Telefon kamerası ilə QR oxutmaq kifayətdir; menyu brauzerdə açılır.
Yalnız menyu göstərib sifarişi bağlamaq olar?
Bəli. Sifariş, ofisiant çağırışı və hesab istəyi ayrı-ayrı açılıb-bağlanır.
Menyumu necə köçürərəm?
Məhsul və qiymətlərinizi Excel faylı ilə bir dəfəyə köçürə bilərsiniz; sonra paneldən düzənləyirsiniz.
Sifarişlər kimə düşür?
Sifariş, çağırış və hesab istəyi masa nömrəsi ilə işçi ekranına düşür. İşçi ekranı telefona və ya planşetə tətbiq kimi qurulur.
Qiyməti nə qədərdir?
Filial sayına görə aylıq ödənişlidir. Müəssisənizə uyğun təklifi elə həmin gün göndəririk.
Digər məhsullar
Tək sistem,
tək tərəfdaş.
Müəssisənizə uyğun demo və təklif üçün zəng edin və ya formu doldurun; elə həmin gün sizinlə əlaqə saxlayaq.